Dünya gözəli Ayşvariya Ray - haqqında bilmədikləriniz... - VİDEO - FOTOLAR

Hit: 14057
Dünya gözəli Ayşvariya Ray - haqqında bilmədikləriniz... - VİDEO - FOTOLAR

Hər həftənin istirahət günləri Bollivud filmlərini efirə vermək milli televizyalarımızda bir adət, bir dəb halını alıb.

Filmlərin, filmədki obrazların, bütün aktyor və aktrisa heyətinin adlarını əzbərə bilən kinosevərlər var.

İstər film musiqisi, istər bəhs edilən həyat hekayələri baxımından Azərbaycan tamaşaçısı  üçün hind filmlərinə xüsusi maraq var.

Tamaşaçılara hind filmlərini sevdirən ən gözəl sima dedikdə ağıla ilk gələn “dünya gözəli” adını almış Ayşvariya Ray olur.

Bəs sadəcə mavi ekrandan tanıyıb, sevdiyimiz bu gözəl xanım əslində kimdi?

Ayşvariya Ray 1 noyabr 1973-cü Hindistanda anadan olmuşdur. Ona qısaca Ayşu deyə də müraciət edirlər.

O, kiçik yaşlarında həvəskar bir fotoqraf tərəfindən kəşf olunmuşdur. İngilis fotoqraf onun fotolarını bir moda jurnalında yayımlayır və Ayşvariyanın ulduzu məhz bundan sonra parlayır.

Reklam agentliklərinin diqqətini çəkən bu balaca qızcığaza televizya reklamarından təkliflər gəlməyə başalayır.

Xanım Ray təkcə aktrisa deyil, həm də modellik fəaliyyəti ilə də məşğul olmuşdur.

1994-cu ildə “dünya gözəli” titulu almaqla ilk ən böyük uğuruna imza atan Ayşvariya Bollivud film sektorunun diqqət mərkəzində qalmağı bacarmışdır.

Film sənayesində ilk çıxışı 1997-ci ildə "İruvar" filminə dəvətlə başlayır.

2002-ci ildə onun və hind kinosunun ən uğurlu filmi "Devdas" Kann kinofestivalında nümayiş olunur.

Bu film Hindistanda deyil, bütün dünyada çox böyük uğurla nümayiş edilir və Ayşvariya Rayın bir aktrisa kimi peşəkarlaşdığını sübut edir.

Qeyd edək ki, bu filmdə onun tərəfmüqavili Bollivudun ən sevilən aktyoru Şahrukh Khan olur.

Ayşvariya özü isə 2003-cü ildə Kann kinofestivalın jüri üzvü seçilir.

2004-cü ilə "Gəlin və mövhumat" filminə çəkildikdən sonra Hollivud artıq onunla maraqlanmağa başlayır.

Qeyd edək ki, bu film onun ilk ingilis dilli filmi idi. 2007-ci ildə “Sonuncu Legion” filmində Mira xarakterini canlandırmaq üçün Hollivuda dəvət alır.

2009-cu ildə isə o, “Çəhrayı Panter-2” filmində yer alır. Və artıq Hollivudun da sevilən aktrisaları sırasına adını daxil edə bilir.

 “Dünya  gözəli” şəxsi həyati ilə də həmişə gündəmdə qalmağı bacarmışdır.

Ayşvariya 2007-ci ilin aprelində Hindistanın məşhur kino aktyoru Amitabh Baççanın oğlu Abhişek Baççan ilə nişanlanır və apreldə evlənirlər.

2011-ci ildə 38 yaşında ilk dəfə ana olan gözəl aktrisa hamiləliyindən sonra ata bilmədiyi kiloları ilə olduqca diqqət çəkir.

Hətta Hindistanda bir qrup tərəfindən tənqidlərə məruz qalır. Qrup üzvləri  ondan bütün dünyada Hindistanı təmsil etdiyi üçün gözəl və baxımlı görünməyini  tələb edir.

Rəsmi evliliyinə qədər  maqazin-şoularda 4 fərqli məhşurla - Vivek Oberoi, Hrithik Roşan, Salman Khan və Martin Hendersonla sevgili olduğu iddialari səslənirdi.

Bunların arasında ən səsli-küylüsü isə Salman Khanla yaşadığı sevgi münasibəti olub.

Bir neçə il Salman Khan ilə nişanlı qalan Ayşvariya, onun qısqanc xasiyyətinə davam gətirməyərək ayrılır.

Bu ayrılıqdan qəzəblənən Salman Khan eks sevgilsinin evinə basqın edir, bundan narahat olan Rayın ailə üzvləri isə polis çağıraraq onu şikayət edir.

Bu skandaldan sonra Ayşu bir müddət Londonda yaşamalı olur..

Ayşvariya Ray sərbəst dörd dildə danışmağ bacarır: hind, ingilis, tamil və urdu.

Bir filmə görə qonorarı 15 milyon dollara çatır.  Bollivud film sənayesində qazandığı uğurlara görə Hindistan Hökuməti tərəfindən “Padmi Shri “mükafatına layiq görülüb

və bu kateqoriyada bu mükafati alan ən gənc aktrisa olaraq da, bir ilkə imza atıb.

Ayşvariya Ray ölkəsində heç vaxt maqazin gündəmindən düşməyən, haqqında ən çox danışılan film ulduzudu. 

Makyajsiz görünüşü, incə üz cizgiləri və təbii gözəlliyi ilə də diqqətləri üzərində saxlamağı həmişə bacarmışdır.

Lakin, bəzi iddialara görə gözəl aktrisa üzündə bir neçə estetik əməliyyat həyata keçirmişdir.

Hətta onun realda göz rənginin tünd qəhvəyi olduğu, yalnız çəkilişlərdə mavi, yaşıl linzalardan istifadə etdiyi bildirilir.

Bütün bunlara rəğmən Ayşvariya Ray “gözəllik kraliçası” kimi adını Bollivud filmsevərlərinin qəlbinə yazdırmağı bacarmışdır.

Faktor.az

 

 

 

 

 

1
1
1
1
1
1
1








Redaktorun seçimi