“İpək Yolu” XV Beynəlxalq Musiqi Festivalı Göygöldə

Hit: 165
“İpək Yolu” XV Beynəlxalq Musiqi Festivalı Göygöldə
Azərbaycan Bəstəkarlar İttifaqının və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilən “İpək Yolu” XV Beynəlxalq Musiqi Festivalının ikinci günü Göygöl rayonunda təşkil olunub.  
 
Konsertə Göygöl RİHB-nın birinci müavini Namiq Cəfərov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Aygün Səmədzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Konsert proqramında Azərbaycanın Xalq artisti Şahnaz Haşımova, gənc ifaçılar Rövşən Məmmədov, Şirxan Cahangirov və Zəminə Mustafayeva, Filarmoniyanın Xalq Çalğı Alətləri Ansamblı və rəqs qrupu çıxış ediblər. Həmçinin Qaqauz türkü müğənnisi Natalya Deniz, Qırğızıstan Respublikasının Bişkek şəhərindən gəlmiş “Seytek” Milli Uşaq və Gənclər Mərkəzinin “Ak-Niyyət” Xalq Xoreoqrafiya Ansamblı, eləcə də Türkiyənin Trabzon Böyükşəhər Bələdiyyəsinin Xalq Rəqsləri Ansamblı maraqlı çıxışlar təqdim ediblər.
Festival çərçivəsində təqdim olunan rəngarəng musiqi və rəqs proqramları müxtəlif xalqların zəngin mədəni irsini nümayiş etdirərək xalqlar arasında dostluq və mədəni əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verib. Göygölün füsunkar təbiəti fonunda keçirilən konsert iştirakçılar və tamaşaçılar üçün unudulmaz sənət bayramına çevrilib. 






Redaktorun seçimi