Yeni layihəsi bəlli oldu

Türkiyəli aktrisa Helin Kandemirin yeni layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, aktrisa "Cinlerin düğünü" filmində rol alacaq. O, layihədə "Deniz" obrazına həyat verəcək.
Bundan başqa, Gürhan Altundaşar filmdə "Fatih"i canlandıracaq.
Qeyd edək ki, sözügedən filmin baş rolu Kaan Yıldırıma həvalə olunub.
Helin son olaraq "Duy beni" serialında rol alıb.


