Cennifer Lopes və Ben Afflek mülklərini satışa çıxardılar

Hit: 3228
Cennifer Lopes və Ben Afflek mülklərini satışa çıxardılar
54 yaşlı müğənni Cennifer Lopes və 51 yaşlı aktyor Ben Afflek evlərini satışa çıxarıblar.
 
Teleqraf.com xəbər verir ki, ABŞ-nin məşhur cütlüyünün Beverli Hillsdəki 60 milyon dollarlıq malikanəsi daşınmaz əmlak saytında peyda olub. Ev Cey Lo və Ben Afflekin keçən il birlikdə onu aldıqları qiymətə satılır. Saytda mülkün 50 şəkilini görmək olar.
 
Həmçinin əmlakın təsviri də qeyd olunub. Həyətyanı sahədə təkcə əsas bina deyil, həm də qonaqlar və gözətçi üçün bitişik əlavə ev mövcuddur. Burada 15 maşınlıq qarajlar və 80 yerlik dayanacaq, həmçinin basketbol meydançası, idman zalı, boks rinqi, bar, suyu 150 dərəcəyə qədər qızdırıla bilən hovuzu olan açıq idman kompleksi var.
 
Xatırladaq ki, cütlük iki il ailə yuvası axtardıqdan sonra bu evi 2023-cü ildə alıb.








Redaktorun seçimi