Zamiq doğulduğu torpaqda konsert verdi

Hit: 2247
Zamiq doğulduğu torpaqda konsert verdi
Müğənni Zamiq Hüseynovun doğulduğu Füzuli şəhərində solo konserti baş tutub. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşkilati dəstəyi və Zamiqin təşəbbüsü ilə açıq havada gerçəkləşən konsert proqramı xoş ab-havası ilə yadda qalıb.
 
Füzuli şəhər sakinləri musiqili gündə olduqca sevinib, müğənnini coşquyla qarşılayıb. Onlar pop ulduzun nəğmələrini onunla bərabər də canlı ifa edib. Sənətçi ard - arda sevilən ifalarını gələn qonaqlar üçün oxuyub, onlarla xüsusi dialoqda olub. Zamiq özəl gününü adəti üzrə "Qarabağ" mahnısı ilə yekunlaşdırıb. Təəssüratlarını bölüşən Hüseynov, öncə belə gözəl günün təşkilatçılarına dərin təşəkkürünü bildirib: "Öncə, əziyyəti keçən hər kəsə sonsuz məmnunluq hissi duyuram. Uzun illərdir sadəcə xəyal kimi arzumun gerçək olması məni olduqca xoşbəxt edib.
 
Hisslərimi kəlimələrə sığdıra bilmirəm. FÜZULİ elində olub, doğma şəhər sakinləri ilə xoş vaxt keçirmək mənimçün olduqca qiymətli idi. Onlarla keçən xoş saatlar əbədi könlümə həkk olundu. Məhz Novruz Bayramı ərəfəsində keçən belə gözəl konsertimdən səmimi duyğularımla ayrıldım. Arzu edirəm ki, belə təşkilati işlər çox olsun. Sevə-sevə iştirak etməyə və onlar üçün nəğmələr ifa etməyə hər daim hazıram!"
 
Bu da Zamiqin uşaqlıq xəyalları. "Yuxu kimi arzu və gerçək olan duyğular... "!








Redaktorun seçimi