Uzun zaman gözlənilən duet - ZAMİQ § ZÜLFİYYƏ "Sənlə mən" - VİDEO

Hit: 1700
Uzun zaman gözlənilən duet - ZAMİQ § ZÜLFİYYƏ "Sənlə mən" - VİDEO
Xalq artisti Zülfiyyə Xanbabayeva ilə müğənni Zamiq Hüseynov bir araya gəlib. Cütlüyü bu dəfə  birləşdirən səbəb, uzun zamandır gözlənilən duetləridir. Məşhurlar "Sənlə mən" adlı lirik nəğməyə romantik klip də çəkdirib.
 
Eşq dolu bəstənin sözləri Kəmalə Rüstəmzal, musiqisi isə İsmayıl Əsədova aiddir. Romantik ab - havalı ekran işinin lentə alınması yenə də peşəkar rejissor Emin Muradova və məhz bu layihə üçün Türkiyədən dəvət olunan operator Eren Yıldıza həvalə olunub.
 
Klipdə iki sevən şəxsin həsrət dolu sevgisi təcəssüm olunur. Ekran işi qısa zamanda xeyli bəyəni sayı toplayıb. Hər iki ulduz bu layihələrinin də seviləcəyinin əminliyini ifadə edərək, məhz ruhlarının lirikaya yaxın olduğu üçün belə bir uğurlu iş ərsəyə gətirdiklərini söyləyib.








Redaktorun seçimi