Tanınmış müğənni Aynur Dadaşova ilə görüş keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nardaran qəsəbə Mədəniyyət Evində "Qonağımız var" layihəsi çərçivəsində tanınmış müğənni Aynur Dadaşova ilə görüş keçirilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüş zamanı estradamızın sevilən müğənnisi çıxış edərək, həyat və fəaliyyəti haqqında məlumat verib, hələ 14 yaşında ikən “7-17” mahnı müsabiqəsində iştirak etməsindən, sənətə gəlməyindən söhbət açıb.
Tanınmış müğənni sevilən mahnıları ilə çıxış edib və ona ünvanlanan sualları cavablandırıb.
Sonda tədbir Aynur Dadaşovanın ifasında “Azərbaycan” mahnısı ilə yekunlaşıb.


