Eyyub Yaqubovun gözlənilən konserti baş tutdu

Hit: 4195
Eyyub Yaqubovun gözlənilən konserti baş tutdu
"Yaşıl Teatr"da Xalq artisti Eyyub Yaqubovun solo konserti baş tutub. Konsert "Big band sound pro" tərəfindən təşkil olunub. 
 
Faktor.az xəbər verir ki, gecədə "Big band" qrupunun bədii rəhbəri Fuad Musayev və Xalq artisti Cavan Zeynallının canlı ifaları da yer alıb.
 
Eyyub Yaqubov pərəstişkarlarını bir-birindən gözəl mahnıları ilə sevindirib. Onların arasında "Kim bilir","Sovetskiy", "Yaşa Məhəbbətim", "Abşeronum", "Azəri torpağı", "Ağabala Çaykovski", "Ana" və s. yer alıb.
 
Konsert proqramında sevilən mahnılarla yanaşı, yeni bəstələr də təqdim olunub. 
Eləcə də sənətkarın rəqqaslarla birgə rəqsləri gecəyə xüsusi rəng qatib.
 
Qeyd edək ki, konsert iki gün baş tutub.








Redaktorun seçimi