Hadisə Bakıya gəlir - İlk dəfə açıq havada konsert verəcək

Hit: 1319
Hadisə Bakıya gəlir - İlk dəfə açıq havada konsert verəcək
Türkiyənin pop ulduzu, unudulmaz performansı və səhnə şousu ilə izləyicilərin rəğbətini qazanan Hadisə avqust 26-da “Dalğa Fest”də açıq hava konserti verəcək. 
 
İndiyədək türkiyəli pop ulduza bir neçə dəfə Bakıda açıq hava altında konsert vermək təklifi edilsə də, heç vaxt razılaşmayıb. Bu, Hadisənin Azərbaycanda açıq hava altında ilk solo konserti olacaq.
 
26 avqustda baş tutacaq konsertin biletləri 30 manatdan başlayır. Biletləri “iticket.az” “Dalğa Beach”dən və şəhərin bütün kassalarından əldə edə bilərsiniz.
 
Qeyd edək ki, “Dalğa Fest” də artıq bu yayın ən böyük üç konserti - Xalq artistləri  Miri Yusifin, Röya Ayxan və Türkiyənin məhşur muğənnisi Murat Bozun konsertləri böyük izdihamla qarşılanıb.
 
Xatırladaq ki, Azərbaycanda ən böyük su parkı olan “Dalğa Beach Aquapark Resort” Bakının Mərdəkan qəsəbəsində, şəhərin mərkəzindən 37 km, hava limanından isə 17.2 km məsafədə yerləşən, müasir çimərlik istirahəti və əyləncə mərkəzidir.








Redaktorun seçimi