Münasibətləri 2 ay çəkmədi

Hit: 5234
Münasibətləri 2 ay çəkmədi
Sentyabr ayında sevgili olduqlarını açıqlayan türkiyəli sosial media fenomeni Danla Biliç və aktyor Kubilay Aka ayrılıblar.
 
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən məlumat verir ki, müğənni Berkay Şahinin konsertində səmimi görüntüləri yayıldıqdan sonra sevgili olduqlarını təsdiq edən cütlük ortaq qərar alaraq münasibətlərini bitiriblər. 
 
Onların 1,5 aylıq sevgilərinə son qoymalarına səbəb kimi Danla Biliçin qatıldığı proqramda Kubilay Akanın açıqlamaları göstərilir. Belə ki, o evlilik haqqında verilən suala “Mən hələ çox gəncəm, əsla evlənmərəm. O, ciddi düşünə bilər, mən düşünmürəm” cavabını verib.








Redaktorun seçimi