“TƏBİB-in Səhiyyə Nazirliyinin idarəçiliyinə verilməsi islahatların növbəti mərhələsidir”

Hit: 225
“TƏBİB-in Səhiyyə Nazirliyinin idarəçiliyinə verilməsi islahatların növbəti mərhələsidir”
TƏBİB-in Səhiyyə Nazirliyinin idarə etməsinə verilməsi hesab edirəm ki, bu, səhiyyə islahatlarının növbəti bir addımıdır.
 
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.
 
O bildirib ki, uzunmüddətli perspektiv üçün vahid idarəetmənin həyata keçirilməsi, səhiyyə islahatlarının daha uğurla həyata keçirilməsi, icbari tibbi sığorta paketlərini sayının artırılması, səhiyyə əlçatanlığının təmin olunması və yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutulur.
 
Deputat əlavə edib ki, səhiyyə strukturunda həyata keçirilən islahatların uğuru ilk növbədə vətəndaşın gündəlik həyatındakı real dəyişikliklərlə ölçülməlidir: "Bu səbəbdən yeni idarəetmə sisteminin effektivliyi həkim qəbuluna düşmək üçün gözləmə müddətinin qısaldılması, diaqnostik müayinələrin daha əlçatan olması, regionlarda ixtisaslaşmış tibbi xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, pasiyent məmnunluğunun və göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, həmçinin dövlət büdcə vəsaitlərinin daha səmərəli xərclənməsi kimi konkret meyarlar əsasında qiymətləndirilməlidir. Göstərilən istiqamətlər üzrə ilkin vəziyyət dərhal dəqiqləşdirilməli, qarşıya dəqiq ölçülə bilən hədəflər qoyulmalı və əldə olunan nəticələr mütəmadi olaraq cəmiyyətə açıqlanmalıdır. Belə bir mexanizm həm idarəetmədə hesabatlılığı artıracaq, həm də vətəndaşların səhiyyə sektoruna olan inamını daha da gücləndirəcəkdir".
 
İ.Məmmədov əlavə edib ki, yeni qərar səhiyyə sahəsində strateji qərarların qəbulu ilə tibbi xidmətlərin əməli təşkili arasındakı bağları daha da möhkəmləndirir, idarəçilikdə məsuliyyət bölgüsünü dəqiqləşdirir və mövcud imkanlardan daha optimal şəkildə faydalanmağa şərait yaradır: "Səhiyyə sektoru həm sosial siyasətin, həm də ölkənin ümumi tərəqqisinin əsas dayaqlarından biridir. Sağlam və möhkəm insan kapitalı güclü iqtisadiyyatın, əhalinin yüksək sosial rifahının və ölkənin uzunmüddətli inkişafının təminatçısıdır".
 






Redaktorun seçimi