Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik - Vüqar Mustafayev

Hit: 373
Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik - Vüqar Mustafayev
Ordumuzun şanlı Qələbəsi ilə yekunlaşan Vətən müharibəsinin təcrübəsi bir daha göstərdi ki, müasir texnologiya, çevik qərarvermə və etibarlı yerli istehsal imkanları milli təhlükəsizliyin mühüm elementlərindəndir.
 
Faktor.az xəbər verir ki, bunu müdafiə sənayesi naziri Vüqar Mustafayev “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian” 15-сi Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin açılış mərasimində deyib.
 
Nazir bildirib ki, bu təcrübə müdafiə sənayesinin gələcək inkişaf prioritetlərinin formalaşmasına da ciddi təsir göstərib. Məhz bu yanaşmadan irəli gələrək son illərdə atılan mühüm addımlardan biri özəl sektorun müdafiə sənayesində daha fəal iştirakının təmin edilməsidir.
 
“Bu gün “ADEX” sərgisində 20-dən çox yerli özəl təşkilat öz məhsul və həllərini təqdim edir. Onların böyük hissəsi artıq Silahlı Qüvvələrimizin təchizatında iştirak edir. Bir neçəsi isə ixrac fəaliyyətinə başlayıb. Eyni zamanda, bir sıra yeni məhsullar üzrə yekun sınaqlar davam etməkdədir və qarşıdakı dövrlərdə yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik. Bizim yanaşmamız ondan ibarətdir ki, güclü milli müdafiə sənayesi yalnız dövlət müəssisələrinin imkanları üzərində qurula bilməz. Dövlətin institusional və istehsal imkanları özəl sektorun çevikliyi, təşəbbüsü, innovasiya potensialı və investisiya qabiliyyəti ilə tamamlanmalıdır. Məhz belə bir əməkdaşlıq modeli daha rəqabətqabiliyyətli və dayanıqlı müdafiə sənayesi ekosisteminin formalaşmasına imkan verir” , - deyə Vüqar Mustafayev vurğulayıb.






Redaktorun seçimi