General-leytenant rütbəsi alan sərhədçilər kimdir? - DOSYE

Hit: 499
General-leytenant rütbəsi alan sərhədçilər kimdir? - DOSYE
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.
 
Faktor.az unikal-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin 3 hərbi qulluqçusuna “general-leytenant” ali hərbi rütbəsi verilib.
 
Bunlar general-mayor Babək Mürsəl oğlu Ələkbərov, general-mayor Aqşin Ramiz oğlu Məhərrəmov və general-mayor Faiq Həmzəağa oğlu Məmmədovdur.
 
General-leytenant ali hərbi rütbəsi verilən Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır. O, 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. Arazboyu əməliyyatlarda böyük şücaət göstərib, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib.
 
General-leytenant Aqşin Məhərrəmov Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanıdır. A.Məhərrəmov Vətən müharibəsində iştirak edib və bir neçə medalla təltif olunub.
 
General-leytenant Faiq Məmmədov Dövlət Sərhəd Xidməti Akademiyasının keçmiş rəis əvəzi olub. F.Məmmədov hazırda DSX rəisi general-polkovnik Elçin Quliyev müşaviridir.






Redaktorun seçimi