Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib
Prezident İlham Əliyevin Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşü çərçivəsində Azərbaycan liderinə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib.
Bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında paylaşım edilib.
Dövlət başçısına vəsiqəni Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev təqdim edib.































































