Siyasi mövqe prinsiplərlə müəyyən olunur, şəraitə uyğun rəng dəyişməklə yox - MÖVQE
İnsan illərlə özünü prinsipial müxalifətçi kimi təqdim edir, hakimiyyəti sərt şəkildə tənqid edir, dövlətin bütün fəaliyyətini yanlış hesab edir, lakin ölkənin ən böyük uğurlarından biri əldə olunduqdan sonra birdən-birə "mən də iqtidarın yanındayam" deməyə başlayırsa, bu, siyasi prinsipdən daha çox siyasi fürsətçülük təsiri bağışlayır.
Əgər doğrudan da iqtidarın siyasəti doğru idisə, bunu otuz il ərzində niyə görmürdün? Əgər yanlış idisə, Qarabağ Zəfəri həmin siyasətin mahiyyətini birdən-birə necə dəyişdi? Dövlətin uğuru baş verəndən sonra mövqe dəyişmək cəsarət deyil, hazır nəticəyə şərik çıxmaqdır.
Siyasi mövqe prinsiplərlə müəyyən olunur, şəraitə uyğun rəng dəyişməklə yox. Xalq daim eyni mövqedə qalan insanlara daha çox etibar edir, nəinki küləyin istiqamətinə uyğun mövqe dəyişənlərə.
Dövlətin uğurundan sonra özünü qalib tərəfin yanında göstərmək asandır. Əsl məsuliyyət isə hadisələrdən əvvəl də, sonra da eyni prinsipial mövqeni qoruyub saxlamaqdır. Məhz buna görə də belə kəskin və gecikmiş mövqe dəyişikliyi cəmiyyətdə ciddi suallar doğurur və çoxları tərəfindən səmimiyyətdən uzaq, gülünc siyasi davranış kimi qiymətləndirilir.
David Seliverstov,
Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə sədri, beynəlxalq hüquq müdafiəçisi




































































