Serbiya Prezidenti Azərbaycan müdafiə nazirini qəbul edib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Serbiyaya rəsmi səfəri davam edir.
Səfər çərçivəsində Serbiya Respublikasının Prezidenti cənab Aleksandr Vuçiç Azərbaycan nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikasının Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlıq və müdafiə sənayesi sahəsində qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
Görüşdən sonra müdafiə naziri Kruşevaç şəhərində yerləşən "Slobodişte" Memorial Kompleksini ziyarət edib, İkinci Dünya müharibəsi qurbanların





































































