“Millimizin Azərbaycanda doğulmuş gənclərdən ibarət olması qürur hissi oyadır”

Hit: 598
“Millimizin Azərbaycanda doğulmuş gənclərdən ibarət olması qürur hissi oyadır”
“Milli komandamızın bütün üzvləri Azərbaycanda yetişdirilmiş gənclərdir. Bunun da xüsusi önəmi var. Yığma komandamızın müxtəlif inkişaf mərhələləri var idi və bu gün biz qələbə mərhələsində görüşürük”.
 
Faktor.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün dünya çempionu olan Azərbaycan minifutbol yığmasının üzvləri ilə görüşdə deyib. 
 
Ölkə başçısı yığmamızın azərbaycanlı futbolçulardan ibarət olmasının xüsusi qürur hissi oyatdığını qeyd edib: “Təbii ki, xarici mütəxəssislərin, bəzən oyunçuların da müəyyən payı olub. Amma bu gün Azərbaycan milli komandası sırf Azərbaycanda doğulmuş, boya-başa çatmış gənclərdən ibarətdir və bu da xüsusi qürur hissi oyadır. Mən əminəm ki, bundan sonra da siz bizi sevindirəcəksiniz.
 
Gələcəkdə çoxlu yarışlar var. Bildiyiniz kimi, indi Azərbaycanın bölgələrində idman qurğuları inşa edilir, inşaat geniş vüsət alıb və minifutbol meydançalarının da yaradılmasında böyük fayda olacaq, həm Bakıda, həm də bölgələrdə. Əminəm ki, federasiya dövlət qurumları ilə, sponsorlarla birlikdə bu sahədə növbəti uğurlu addımlar atacaqdır”.








Redaktorun seçimi