TDT üzvləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi təsdiqlənib - QANUN

“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi” təsdiqlənib.
Faktora.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Qeyd edək ki, Saziş 2024-cü il noyabrın 6-da Qırğız Respublikasının Bişkek şəhərində imzalanıb.


