İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasında törədilən terror aktı ilə bağlı başsağlığı verib.
Faktor.az-ın məlumatına görə, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca sarsıtdı.
Biz bu xain terror aktını şiddətlə qınayır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
Qeyd edək ki, terror aktı nəticəsində dörd nəfər ölüb, 14 nəfər yaralanıb.