Kamalə Musazadə - "SƏS VERİN, HAQQ ZƏFƏR ÇALSIN" - FOTOLAR
Deputatlığa namizəd Kamalə Musazadə seçicilərlə silsilə görüşlər keçirir
VII ÇAĞIRIŞ Azərbaycan Respublikası Milli Məclisinə 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputatlığa namizəd, kinorejissor, Milli Kino Mərkəzi, MKM Prodaction direktoru Musazadə Kamalə Mehralı qızı seçicilərlə silsilə görüşlər keçirir
Kamalə Musazadə Tovuz, Qazax, Ağstafa rayonlarının 107 saylı seçki dairəsinə daxil olan kəndlərdə olmuş, yerli əhalinin problemlərilə maraqlanmış, vətəndaşlarla görüşüb onların seçki ilə bağlı fikirlərini öyrənmiş, həmçinin yerli əhalinin problemlərilə maraqlanmışdır.
Kamalə Musazadənin seçki təbliğat-təşviqat şüarı belədir: "SƏS VERİN, HAQQ ZƏFƏR ÇALSIN"
Kamalə Musazadə 22 ildir ki, dokumental kino ilə məşğul olaraq, Mədəniyyət Nazirliyinin xəttiylə Milli Qəhrəmanlar və şəhidlər haqqında sənədli filmlər çəkir.
Seçki təbliğat və təşviqat fəaliyyəti ilə ciddi olaraq məşğul olan namizəd, eyni zamanda bir neçə gün ərzində 50 jurnalist və bloqerlərlə birlikdə Ağdam, Əsgəran, Xocalı və Xankəndində olmuşdur.