Biz iqlim dəyişikliyi ilə mübarizədə inklüziv yanaşmanı istəyirik - Nigar Arpadara

Hit: 3662
Biz iqlim dəyişikliyi ilə mübarizədə inklüziv yanaşmanı istəyirik - Nigar Arpadara
COP özlüyündə hökumətlərarası danışıq deyil, bütün cəmiyyəti əhatə edir. Biz iqlim dəyişikliyi ilə mübarizədə inklüziv yanaşmanı istəyirik.
 
AZƏRTAC xəbər verir ki, bu fikirləri COP29-un BMT-nin İqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "İqlim hərəkatı və media" adlı panel müzakirədə səsləndirib.
 
COP-un böyük proses olduğunu vurğulayan Nigar Arpadarai əlavə edib: “Biz hamını Bakıya dəvət edirik. Çünki hər bir insan iqlim dəyişikliyi ilə mübarizədə töhfə verə bilər. Bakı bu baxımdan uyğun müstəvidir”.
 
N.Arpadarai Azərbaycanın bərpaolunan enerjiyə çox böyük üstünlük verdiyini də diqqətə çatdırıb.








Redaktorun seçimi