Prezident İlham Əliyev Rusiya Prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib

Hit: 568
Prezident İlham Əliyev Rusiya Prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağıstanda törədilmiş terror aktları nəticəsində dinc vətəndaşların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının həlak olması ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə və Rusiyanın Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı verib.
 
Dərbənddə və Mahaçqalada törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirən dövlətimizin başçısı bu qanlı cinayətləri qətiyyətlə pislədiyimizi, terrorizmin bütün forma və təzahürləri ilə mübarizəni dəstəklədiyimizi qeyd edib.
 
Prezident İlham Əliyev Azərbaycan xalqı adından və şəxsən öz adından Prezident Vladimir Putinə və Dağıstanın rəhbəri Sergey Məlikova, həmçinin həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, bütün zərərçəkənlərin tezliklə şəfa tapmasını arzulayıb.








Redaktorun seçimi