"Bu gün Azərbaycanın və xalqımızın qurtuluş günüdür" - Jalə Əhmədova

Hit: 934
"Bu gün Azərbaycanın və xalqımızın qurtuluş günüdür" - Jalə Əhmədova
1993-cü ilin iyun ayında o vaxtkı iqtidarın səriştəsizliyinin nəticəsi olaraq ölkədə baş alıb gedən hərc-mərclik, özbaşınalıq, xaos  bütün respublikanı bürümüş, dövlət müstəqilliyimiz təhlükə altına alınmışdı. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olan Heydər Əliyev məhz xalqın və hakim dairələrin təkidli dəvəti ilə hakimiyyətə qayıtdı və 15 iyun tarixində Azərbaycanın Ali Sovetinin sədri seçildi. Qeyri-adi zəka, fitri istedad, möhkəm iradə, dəmir məntiq kimi fenomenal xüsusiyyətlərə malik olan Ulu Öndər  Heydər Əliyevin gəlişi ilə ölkədaxili hakimiyyət çəkişmələrinə birdəfəlik son qoyuldu və Azərbaycan parçalanıb yox olmaq təhlükəsindən qurtuldu.
 
Beləliklə, ən qısa zaman kəsiyində ölkədaxili siyasi və iqtisadi problemlərin tam həllinə nail olan o Böyük Siyasətçi, Azərbaycanın xilaskarı, müstəqilliyimizin memarı və qurucusu oldu.
 
Vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri saymaqla bitməyən O Böyük Şəxsiyyət, Azərbaycan dövlətinin gücləndirilməsi və onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsi, ölkənin siyasi və iqtisadi qüdrətinin daha da artırılması işinə bu gün də xidmət edir.  
Heydər Əliyev ideyaları və o Böyük Şəxsiyyətin başa çatdıra bilmədiyi işlər bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla reallaşmaqdadır. Ümummilli Liderimizin həyat və siyasət məktəbinin yetirməsi olan cənab Prezidentin gərgin əməyi, uzaqgörən xarici və daxili siyasəti nəticəsində Azərbaycan bu gün  bölgədə və dünyada söz və nüfuz sahibinə çevrilib, bütün dünyada torpaqlarını işğaldan azad edən qalib ölkə kimi tanınıb. Azad edilmiş torpaqlarımızda aparılan tikinti və bərpa-quruculuq işləri, uğurla reallaşan “Böyük Qayıdış” layihəsi, məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtması, ölkənin bütün sahələrdə dinamik inkişafı  cənab Prezident İlham Əliyevin  Heydər Əliyev siyasi məktəbini keçdiyini, Ulu Öndərin dövlət idarəçiliyi praktikasına yiyələnmiş peşəkar siyasətçi olduğunu bir daha sübut edir.  
 
Allah dövlət başçımızı, xalqımızı, dövlətimizi və dövlətçiliyimizi qorusun.








Redaktorun seçimi