Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Sinqapurda

Hit: 572
Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Sinqapurda
Bir neçə gün əvvəl Sinqapurda 9-cu Dünya Şəhərləri Sammiti keçirilib.
 
Faktor.az xəbər verir ki, dünyanın bir sıra  şəhərlərinin başçılarının iştirak etdiyi Sammitdə Bakı Şəhər İcra Hakimiyyətinin başcısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
 
Banqkok, Qlazqo, Şanxay, Praqa, Rotterdam şəhərləri də daxil olmaqla ümumilikdə 87 ölkənin şəhər merlərinin iştirak etdiyi forumun əsas mövzusu şəhərlərin gələcəyi, yaşana bilən və davamlı şəhərlər olub.   Sammit çərçivəsində  yaşıl enerjiyə keçid, şəhərlərin daha sağlam olması, davamlı gələcək inkişaf və digər bu kimi mühüm məsələlər müzakirə edilib.
 
Forumda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başcısı Eldar Əzizov tədbir iştirakçılarına Bakı haqqında məlumat verib. Bildirib ki, bu gün ölkə başçısı İlham Əliyevin siyasəti nəticəsində Bakı şəhəri keyfiyyətcə dəyişib və kreativ şəhərə çevrilib. Paytaxtda 400-ə yaxın park salınıb və hazırda 10  yeni meqa-parkın tikintisi aparılır.
 
Səfər çərçivəsində nümayəndə heyətinin Sinqapurun davamlılıq və ətraf mühit naziri xanım Greys Fu ilə görüşü keçirilib. Xanım nazir  Prezident İlham Əliyevlə qarşılaşmağı barədə xatirələrini bölüşüb, onun xarici dil bilikləri, siyasi savadı, problemləri düzgün analiz etmə qabiliyyətinə heyran olduğunu xüsusi vurğulayıb. 
 
Görüşdə Eldar Əzizov xanım nazirə Bakı şəhəri haqqında nəşrləri təqdim edib.
 
Səfəri şərh edərkən Eldar Əzizov bunları deyib: “Sinqapurda olarkən özünəinam hissimiz daha da artdı. Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün  Bakı kommunal və bəzi diqər sahələrdə Sinqapurdan nəinki geri qalmır, bir sira göstəricilərə görə onu qabaqlayır. Bu gün Bakı şəhəri daha səliqəli və təmizdir. Bunu həm yerli vətəndaşlar, həm də şəhərimizə qonaq gələn çoxsaylı turistlər qeyd edir”.








Redaktorun seçimi