Əli Əsədov Almaniyanın “Knauf” Şirkətlər Qrupunun nümayəndə heyəti ilə görüşüb

İyunun 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Almaniyanın “Knauf” Şirkətlər Qrupunun nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Faktor.az-a bildiriblər ki, görüşdə “Knauf” şirkətinin Azərbaycanda uzunmüddətli uğurlu fəaliyyəti barədə məlumat verilib. Həmçinin əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.


