“Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik - Məhkəmə-Hüquq Şurasına ötürülüb

Hit: 466
“Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik - Məhkəmə-Hüquq Şurasına ötürülüb
Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq, “Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik və istifadə hüquqları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən Məhkəmə-Hüquq Şurasına ötürülür.
 
Bununla bağlı Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
 
Azərbaycan Nazirlər Kabineti normativ hüquqi aktların “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununa və bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli, eyni zamanda həmin Qanundan və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
 
Azərbaycan Ədliyyə Nazirliyi isə “Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik və istifadə hüquqlarının Məhkəmə-Hüquq Şurasına ötürülməsi tam başa çatanadək həmin informasiya sisteminin sahibi və operatoru funksiyalarının icrasından irəli gələn hüquq və vəzifələrin həyata keçirilməsini davam etdirəcək.








Redaktorun seçimi