Rusiya-Azərbaycan münasibətləri tarixində yeni səhifə
Bu günlərdə cənab İlham Əliyevin Rusiya Federasiyasına işgüzar xarakteri daşıyan səfəri münasibətlərimizdə yeni səhifə açmaqla yanaşı, həm də tarixi önəm daşıyır.
Qürurvericidir ki, ölkəmiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində günü -gündən inkişaf edir və çiçəklənir. Tarixə nəzər saldıqda görürük ki, son iki yüz ildə parçalanmaya, işğala məruz qalan dövlətimiz bu gün öz qüdrətinin ən yüksək zirvəsindədir. Son iyirmi il ərzində cənab prezident İlham Əliyevin xalqın dəstəyi ilə həyata keçirdiyi genişmiqyaslı siyasi və iqtisadi islahatlar Azərbaycanın qarşısında dayanan strateji hədəflərin həll olunmasına gətirib çıxarmaqla yanaşı, ölkəmizin beynəlxalq münasibətlərin önəmli aktoruna çevrilməsinə şərait yaradıb. Bu gün cənab İlham Əliyev, həm Qərbdə, həm də Şərqdə böyük hörmətlə, ehtiramla qarşılanır. Məhz ölkə başçımızın düzgün, düşünülmüş, məqsədyönlü daxili və xarici siyasəti nəticəsində bir çox ölkələrlə qarşılıqlı əməkdaşlıq, strateji tərəfdaşlıq səviyyəsində yüksələn əlaqələrimiz sürətlə inkişaf edir.
Bu eyni zamanda Rusiya-Azərbaycan münasibətləri tarixində də yeni səhifənin açılması ilə də xarakterikdir. Bu baxımdan cənab İlham Əliyevin bu günlərdə Rusiya Federasiyasına işgüzar xarakteri daşıyan səfəri münasibətlərimizdə yeni səhifə açmaqla yanaşı, həm də tarixi önəm daşıyır. Aprelin 22-də baş tutmuş səfər çərçivəsində müzakirə olunan məsələlər deyilənləri təsdiq edir. Şimal qonşumuzla münasibətlərimiz məhz Ulu Öndər Heydər Əliyevin vaxtilə əsasını qoyduğu siyasətin təməli üzərində inkişaf edir. Bu münasibətlər bu gün hər iki ölkənin başçısının münasibətləri fonunda daha da inkişaf edir. Ulu Öndərin təşəbbüsü ilə 1997-ci ildə imzalanmış və əsas hüquqi bazanı təşkil edən “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə” uzun illər ikitərəfli münasibətlərin əsas baza sənədi idi. Qeyd edək ki, bu günə qədər iki ölkə arasında 260-dan artıq sənəd imzalanmışdır ki, bu sənədlərin ən yüksək səviyyəsi “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamədir.
Belə ki, hər iki dövlət başçısının 2022-ci il fevralın 22-də Moskvada imzaladığı Bəyannamə ölkələrimiz arasındakı çoxillik münasibətləri ən yüksək səviyyəyə-müttəfiqlik səviyyəsinə qaldırıb. Bu gün iki ölkə arasında münasibətlərin səviyyəsinə, həm də hər iki ölkə rəhbərinin isti, dostluq münasibətləridir. Dünyada baş verən kataklizmlər, müharibələr, ədalətsizliklər fonunda Azərbaycanın bu gün nümayiş etdirdiyi ədalətli, etibarlı tərəfdaş, qarşılıqlı inam və etimada əsaslanan mövqeyi ölkəmizi ən çox arzuolunan ölkələr sırasında bərqərar edib.

Rövşən Həsənov;
Neftçala rayonu, müəllim