“Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır” - ŞƏRH
Son illər dünyada baş verən hadisələr və dövlətlərarası münasibətlər olduqca mürəkkəb rereallıqları özündə əks etdirməklə siyasət meydanını qaynar gündəmə çevirmişdir. Dünyanın hər zaman maraq dairəsini təşkil edən mövcud olduğumuz region, xüsusilə də vətənimiz Azərbaycan istəsək də, istəməsək də ən mürəkkəb münasibətlərin, proseslərin qaynar mərkəzində yer alır.
Belə bir şəraitdə dövlətlərarası münasibətlərdə tarazlığı qoruyub saxlamaq onu inkişaf etdirərək yüksək səviyyəyə çatdırmaq dövlətlərin və onun liderlərinin ən böyük uğuru hesab olunur. Göründüyü kimi dünyada sözün əsl mənasında bu reallığı özündə ehtiva edən liderlər isə çox azdır. Qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz yüksək siyasi bacarığı, diplomatik uğuları və unikal siyasəti ilə dünyada nüvuzlu Liderlər sırasındadır. Məhz onun yüksək fəaliyyəti, uğurları, ərsəyə gətirdiyi misilsiz siyasi nailiyyətlər simasında bu gün qüdrətlənən dövlətimizi əsrlər öncə dünyanın böyük hissəsini idarə edən qədim dövlətçilik ənənələrinə malik Azərbaycanımızın yenidən doğuşu kimi qiymətləndirir və bununla da hədsiz fəxr edirik. O, dünya düzəninin yenidən qurulduğu mürəkkəb şəraitdə ölkəmizi və regionu əlaqədar edən vacib məsələləri, baş verən hadisə və cərəyanları milli maraqlarımız çərçivəsində, dövlət siyasətinə uyğun olaraq dəyişməyi bacardı. Ulu Öndər siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tutduğu doğru mövqe və apardığı uğurlu dövlət siyasəti ilə Azərbaycanımızın yeni-yeni zəfərlərinə yol açır. Bu zəfərlər ölkəmizin xarici siyasətində, qonşularımızla dostluq və əməkdaşlıq əlaqələrində davam etdirilir. İnanırıq ki, Ermənistan da öz bədxah niyyətlərindən əl çəkib tezliklə normal qonşuluq və əməkdaşlıq proseslərinə qoşulacaqdır. Məlumdur ki, Rusiya və Azərbaycan münasibətlərinin kökü əsrlərə dayanır. Tarixin müxtəlif məqamlarında ölkələrimiz və xalqlarımız qarşılıqlı münasibətlərdə bu önəmi hər zaman diqqətdə saxlamış, qonşuluq və dostluq münasibətlərini inkişaf etdirməyə çalışmışlar. Yüz illər boyu olduğu kimi bu gün də Azərbaycan və Rusiya arasındakı dövlətlərarası münasibətlər Qafqazın siyasi mənzərəsini müəyyən etdiyi kimi, bölgənin inkişafına da təminat verir. Aprelin 22-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada işgüzar səfərdə olan cənab Prezident İlham Əliyevin keçirdiyi görüşlər ikitərəfli əlaqələrin inkişafının növbəti göstərgisidir.
Qeyd edək ki, hər iki dəvlət rəhbərinin gürüşü yüksək əhəmiyyyəti ilə tarixdə öz yerini aldı. Bu görüşü əhəmiyyətli edən səbəblərdən biri də hər iki dövlət rəhbərlərinin, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ildə yenidən seçilməsindən sonra ilk rəsmi görüşü olaraq tarixə düşməsi idi. Səfərin əhəmiyyətli məsələlərindən biri də məhz bu görüşdə Azərbaycanın Cənubi Qafqazda söz sahibi olması və regionda tarazlığı qoruya biləcək gücün olduğunun əxz etdirilməsi durur. Bundan başqa səfərin görünən siyasi tərəflərindən biri də ölkəmiz üçün tarixi əhəmiyyətli hadisə olan Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılması və Ermənistanla sərhədin demarkasiyası və delimitasiyası zamanı dörd kəndin Azərbaycana qaytarılması prosesində baş tutması oldu. Göründüyü kimi bütün bunlar ölkəmiz üçün çox vacib və siyasi uğurlardan biridir.
Nəzakət Məmmədova;
Neftçala rayonu, yazıçı-publisist