Azər Qocayev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib

Hit: 704
Azər Qocayev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.
 
Faktor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə Qocayev Azər Bəhlul oğlu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.
 
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev ali təltifə görə özü və ailəsi adından Möhtərəm Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Bildirib ki, bundan sonra da, Ulu Öndər Heydər Əliyev ideallarına sadiq qalaraq, dövlətimizin və xalqımızın gələcəyi naminə Müzəffər Ali Baş Komandanın müsəlləh əsgəri kimi ən yüksək səviyyədə xidmət edəcək, ona göstərilən etimadı doğrultmağa çalışacaqdır.








Redaktorun seçimi