Ülvi Fərzəliyev ölkə başçısı İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Hit: 541
Ülvi Fərzəliyev ölkə başçısı İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev ölkə başçısı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
 
Faktor.az xəbər verir ki, təbrikdə deyilir:
 
Hörmətli cənab Prezident,
 
Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı adından prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirik.
 
Sizin rəhbərliyinizlə ölkəmizin, eləcə də doğma Neftçalamızın siması gündən-günə gözəlləşir, əhalinin rifah halı daha da yaxşılaşır. Ötən bir il ərzində rayonumuza iki dəfə səfər etməyiniz biz Neftçalalılara göstərdiyiniz böyük diqqət və qayğının təzahürüdür.
 
Ulu Öndər Heydər Əliyevin siyasi mirası olan Yeni Azərbaycan Partiyası bütün seçkilərin şəriksiz lideri olmağı bacarıb. Doğma partiyamızın tarixi əhəmiyyət daşıyan budəfəki seçkilərdə rekord nəticə əldə etməsi isə YAP-ın siyasi xəttinin təntənəsi hesab oluna bilər.
 
Cənab Prezident, “Qalib Xalqın Qalib Lideri" devizi ilə birləşən xalqımız Sizə olan böyük rəğbətini bir daha bütün dünyaya nümayiş etdirdi. Qələbəmiz əbədi olsun!
 
 
 
 








Redaktorun seçimi