İşğaldan azad edilmiş ərazilərdə müasir hidrometeoroloji stansiyalar qurulub

Hit: 363
İşğaldan azad edilmiş ərazilərdə müasir hidrometeoroloji stansiyalar qurulub
Hidrometeoroloji şəbəkənin bərpası üzrə işğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay (Araz, Bəsitçay, Oxçuçay, Həkəriçay, Barguşadçay, Zabuxçay, Tutqunçay, Tərtərçay, Kircələnçay, Quruçay) üzərində 11 avtomat hidroloji stansiya yaradılıb və həmin stansiyalardan mütəmadi qaydada məlumatlar Milli Hidrometeorologiya Xidmətinin Situasiya mərkəzinə ötürülərək təhlil olunur.
 
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov "Qarabağ bölgəsində su kanalizasiya infrastrukturunun yenidən qurulması" adlı tədbirdə çıxışı zamanı bildirib.
 
Rəis müavini qeyd edib ki, "İşğaldan azad edilmiş ərazilədə meteoroloji müşahidələrin öyrənilməsi" layihəsi çərçivəsində Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında bütün lazımi sensorlarla təchiz ecilmiş 5 avtomat meteoroloji stansiya quraşdırılıb və həmin stansiyalardan mütəmadi qaydada daxil olan məlumatlar Milli Hidrometeorologiya Xidmətinin Situasiya mərkəzinə ötürülərək təhlil olunur.
 
“Proqramın icrası çərçivəsində 1 dast dopler hava radarının və 1 dəst aeroloji stansiyanın quraşdırılması məqsədilə işğaldan azad edilmiş ərazilərdə tədqiqat işləri aparılıb. Həmin stansiyaların 2024-cü ildə quraşdırılması nəzərdə tutulur. Bu stansiyaların fəaliyyət göstərməsi regionun iqlim şəraitinin qiymətəndirilməsinə, əldə olunan məlumatların kəmiyyət va keyfiyyətinin, meteoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyinin alınmasına və həmin ərazilərdə fəaliyyəti nəzərdə tutulan sahələrdə drometeoroloji xidmət səviyyəsinin artırılmasına imkan verir”, - deyə Əkbər Əsgərov vurğulayıb.








Redaktorun seçimi