“Hökumət bütün səylərini səfərbər edəcək” - Əli Əsədov

Hit: 783
“Hökumət bütün səylərini səfərbər edəcək” - Əli Əsədov
“Mənim baş nazir vəzifəsinə yenidən təyin edilməyim üçün təqdimatı verən Prezident İlham Əliyevə və bu vəzifəyə təyinatıma razılıq verən Milli Məclisə təşəkkür edirəm”.
 
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında hazırda baş nazir vəzifəsini icra edən Əli Əsədov deyib.
 
Əli Əsədov bildirib ki, Azərbaycan milli dövlət quruculuğunun növbəti şərəfli mərhələsini yaşayır.
 
O bildirib ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin daha da gücləndirilməsi yeni hökumətin qarşısında duran vəzifələrdəndir.
 
Əli Əsədov deyib ki, sərhədlərin möhkəmləndirilməsi, ordu quruculuğu, hərbi sənayenin inkişafı da qarşıda duran vəzifələrdəndir.
“Azərbaycan hökuməti ölkəmizin davamlı inkişafının və xalqımızın firavan həyatının təmin edilməsi ilə bağlı dövlət başçısı İlham Əliyev tərəfindən qarşımıza qoyulan vəzifələrin və verilən tapşırıqların vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün səylərini səfərbər edəcək”, - deyə Əli Əsədov bildirib.
 
Qeyd edək ki,bu gün parlament “Əli Əsədovun Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələyə baxıb və razılığını bildirib.
 
Prosedura əsasən, Prezident İlham Əliyev Əli Əsədovun baş nazir təyin olunması haqqında sərəncam imzalayacaq.








Redaktorun seçimi