Əli Əsədov yenidən Baş nazir oldu

Hit: 574
Əli Əsədov yenidən Baş nazir oldu
Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatına razılıq verib.
 
Onun namizədliyi səsverməyə qoyularaq qəbul edilib.
 
Xatırladaq ki, bu gün Milli Məclisdə Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatı məsələsi müzakirəyə çıxarılıb. Onun namizədliyi Prezident İlham Əliyev tərəfindən irəli sürülüb.
 
Milli Məclisin sədri Sahibə Qafarova məsələ ilə bağlı deputatlara məlumat verib.
 
Daha sonra deputatlar məsələ ilə bağlı fikirlərini bölüşüblər.
 
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyən edən yol xəritəsi idi: "Bu xəritədə də Azərbaycanın inkişaf perspektivləri, gələcəyi haqqında çox nikbin mesajlar verdi. Hesab edirəm ki, Azərbaycanın bundan sonra sosial-iqtisadi inkişafı ilə əlaqədar məsələlər, iqtisadiyyatın daha da dirçəldilməsi üçün qarşıda duran məsələlər onu deməyə əsas verir ki, Azərbaycanda güclü baş nazir olmalıdır. Hesab edirəm ki, Əli Əsədov bu sahədə peşəkar kadrdır. Onun baş nazir vəzifəsindəki 5 illik fəaliyyəti göstərir ki, yerində olan kadrdır".








Redaktorun seçimi