Türkiyə XİN Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılıqla bağlı açıqlama verib
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılığın əldə olunması ilə bağlı açıqlama verib.
Türkiyə XİN-nin açıqlamasında deyilir: “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı tərəfindən yayılan birgə açıqlamada bildirilən, iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılması istiqamətində razılığın əldə olunmasına dair qərarından məmnuniyyət hissi keçirir, gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələrin davam etdirilməsi fikrini dəstəkləyirik.
Cənubi Qafqazda daimi sülhün və sabitliyin bərqərar olması üçün ən mühüm hadisələrdən birini təşkil edəcək Azərbaycan və Ermənistan arasında sülh sazişinin ən qısa zamanda imzalanmasını arzu edirik”.