Prezident İlham Əliyevin humanist səyləri regionda sülhün əldə olunmasına yol açır - RƏY

Hit: 491
Prezident İlham Əliyevin humanist səyləri regionda sülhün əldə olunmasına yol açır - RƏY
Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların aparılması yolu ilə hərbiçilərin qarşılıqlı dəyişdirilməsi təşəbbüsü Prezident İlham Əliyevə məxsusdur. Bu, Ali Baş Komandanın hər bir Azərbaycan əsgərinin taleyini düşündüyünün göstəricisidir. Eyni zamanda, əsgər valideynlərinin dövlətimizin başçısına etdiyi müraciətlərinə verilən yüksək dəyər və onların dərdinə şərik olmağın əyani sübutdur.
 
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
 
O qeyd edib ki, Azərbaycan 2 əsgərinin azad ediləcəyi təqdirdə, Ermənistanın 32 hərbçisini sərbəst buraxır. Bu addım bir daha hər bir əsgərimizin taleyinin Prezident İlham Əliyev üçün nə qədər dəyərli olduğunu göstərir.
 
“İlham Əliyev ölkə Prezidenti seçiləndə hər bir azərbaycanlının prezidenti olacağını demişdi. Azərbaycan Prezidentinin hakimiyyətdə olduğu illərdə həyata keçirilən layihələr, insanların sosial rifahının yüksəldilməsi ilə bağlı atılmış addımlar dövlətimizin başçısının xalqımıza olan diqqət və qayğısının təzahürüdür. Keçmiş məcburi köçkünlərə və qaçqınlara göstərilən dövlət qayğısı, şəhid ailələrinə və müharibə iştirakçılarına olan diqqət, suverenliyimizin bərpa edilməsi, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, o cümlədən əsirlikdə olan hərbçilərin azad olunması istiqamətində atılan addımlar Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının yanında olduğunun sübutudur", - deyə deputat vurğulayıb.








Redaktorun seçimi