Azərbaycan XİN Ermənistan tərəfinin açıqlamasını qətiyyətlə rədd edib

Hit: 412
Azərbaycan XİN Ermənistan tərəfinin açıqlamasını qətiyyətlə rədd edib
Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbçisinin həlak olması ilə bağlı iddianın əks olunduğu 2023-cü il 4 dekabr tarixli açıqlamasını qətiyyətlə rədd edirik.
 
Faktor.az xəbər verir ki, bu fikirlər sözügedən açıqlamaya dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində yer alıb.
 
Bildirilib ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qeyd edilən dezinformasiya xarakterli, iftira dolu iddianı təkzib edib və Ermənistan tərəfinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.
 
“Ermənistan tərəfinin bu yalan açıqlaması silahlı qüvvələrində baş verən özbaşınalığı və hərc-mərcliyi ört-basdır etmək niyyəti daşıyır. 

Sülh sazişi üzrə təklifləri 70 gündən artıq müddətdə yubadan Ermənistan tərəfi indi də bu cür pozucu açıqlamaları ilə normallaşma prosesinin perspektivlərinə xələl gətirir.
 
Ermənistan tərəfi bu kimi açıqlamalarla, həmçinin sərhəd bölgələrində süni gərginlik yaratmaq və üçüncü dövlətlərin diqqətini cəlb etmək məqsədi güdür.
 
Azərbaycan öz tərəfindən postmünaqişə mərhələsində sülh və quruculuq səylərini davam etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımların qarşısını qətiyyətlə alacaqdır”, - deyə Azərbaycan XİN-in şərhində vurğulanıb.








Redaktorun seçimi