Azərbaycan insan hüquqlarına sadiqliyini sözdə deyil, əməldə sübut edib - Anar Bağırov

Azərbaycan insan hüquqlarına sadiqliyini sözdə deyil, əməldə sübut edib. Azərbaycan hər zaman Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə xüsusi yanaşması ilə fərqlənib.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda Vəkillər Kollegiyasının sədri Anar Bağırov söyləyib.
“Azərbaycan Prezidenti İlham Əliyevin insan hüquqları sahəsində irəli sürdüyü təkliflər ölkənin milli qanunvericilik sisteminin inkişafına gətirib çıxarıb. Ölkədə vəkillik institutunun inkişafı da diqqət mərkəzindədir”, - deyə Vəkillər Kollegiyasının sədri vurğulayıb.


