Azərbaycanda məhkəmələrin inkişafı üçün işlər görülür, dünya təcrübəsi araşdırılır

Hit: 914
Azərbaycanda məhkəmələrin inkişafı üçün işlər görülür, dünya təcrübəsi araşdırılır
“Azərbaycanda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan başlayaraq məhkəmələrin inkişafı üçün işlər görüldü və onun hüquqi bazası yaradıldı. İnkişaf etmiş dövlətlərdə insan hüquq və azadlıqlarının əsas işini məhkəmələr həyata keçirir. Buna görə də ölkəmizdə məhkəmələrin inkişafı üçün tədbirlər görülür, dünya təcrübəsi araşdırılır”.
 
Bunu “Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən konfransın panel müzakirəsində Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov söyləyib.
 
O deyib ki, Azərbaycanda Avropa Məhkəməsinin presedent hüquqi tanınır:
 
“Çünki dövlətimiz İnsan hüquqları üzrə Avropa Məhkəməsinin bununla bağlı müvafiq qərarlarını ratifikasiya edib”.








Redaktorun seçimi