Türkiyəli nazirlər Azərbaycana gəlir
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki və nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Azərbaycana səfərə gəlir.
Bu barədə Türkiyənin Azərbaycandaı Səfirliyindən “Qafqazinfo”ya məlumat verilib.
M.Özhaseki noyabrın 15-də Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Türk Dünyasının II Meteorologiya Forumunda iştirak edəcək. Nazir səfər çərçivəsində Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.
A.Uraloğlu isə noyabrın 16-da Zəngilana səfər edəcək.