"TDT zirvə toplantısı yeni imkanlar yaradacaq"
"TDT-nin zirvə toplantısı çox mühüm görüşlərdən biridir, səhrədlərimizdən çox da uzaq olmayan ölkələrdə müharibələr və münaqişələr gedir ".
Bunu "Operativ Media"ya açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib.
Millət vəkilinin sözlərinə görə zirvə toplantısında əsas müzakirə məsələsi regionda və dünyada baş verən hadisələrin müzakirəsi olacaq.
"Məlum məsələdir ki, zirvə toplantısı həqiqi üzvlərin və müşahidəçilərin iştirakı ilə keçirilir. Həqiqi üzvlər burada Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Qırğızıstan dövlətləridir. Müşahidəçi qismində də Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cumhuriyyətidir.
Məlumdur ki, bu toplantıda son hadisələr, regionda və dünyada baş verən problemlərin çözülməsi üçün müzakirələr gözlənilir.
Eyni zamanda da bu zirvə toplantısının sonunda sədrlik Özbəkistandan Qazaxıstana keçirilməsi planlaşdırılır. Əsas istiqamət nəqliyyat və gömrük, ticarət və logistika ilə bağlı ola bilər. İstər İsraildə, istərsə də Ukraynada baş verəın hadisələr və bütün bunların müzakirəsi gözləniləndir. Əsas məsələ də təmsil olunan üzv dövlətlər və müşahidəçi ölkələrlə bağlı ola bilər. Bu mütəmadi olaraq keçirilən görüşlərdir və burada da əsas məsələ TDT-yə üzv olan dövlətlətin bəzi təşkilatlarının qatılması və müzakirələrə qoşulmasıdır. Çox mühüm görüşlərdən biridir, səhrədlərimizdən çox da uzaq olmayan ölkələrdə müharibələr və münaqişələr gedir".