Vitse-spiker Adil Əliyev Milli Məclisdə vətəndaşlarla görüşüb

Hit: 571
Vitse-spiker Adil Əliyev Milli Məclisdə vətəndaşlarla görüşüb
Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev qəbul qrafikinə uyğun olaraq Milli Məclisdə vətəndaşların növbəti qəbulunu keçirib.
 
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Faktor.az-a bildirilib ki, vitse-spiker qəbulda iştirak edən şəhid ailələri üzvlərinin, qaziləri və digər vətəndaşların müraciətlərini dinləyib.
 
Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılmış müxtəlif məzmunlu müraciətlərin bir qismi yerindəcə həll edilib, sosial, humanitar, məişət və s. mövzularla əlaqədar qaldırılan bir sıra məsələlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular hazırlanıb. Eyni zamanda, müraciət edən vətəndaşlara mövcud qanunvericiliyin tələbləri çatdırılıb, bu barədə onlara məsləhətlər verilib.
 
Qəbul zamanı tarixi Qələbəmizlə bitən Vətən müharibəsindən sonra keçən müddətdə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə məlumat verilib. Şəhidlərimizin qanı hesabına qaytarılan Vətən torpaqlarında şanlı bayrağımızın dalğalandığı bildirilib.
 
Qəbuldakı şəhid ailələrinin üzvləri və qazilər Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın onlara hər zaman yüksək diqqət və qayğı göstərdiyini bildiriblər, şəhidlərimizin qəhrəmanlıqlarından qürur duyduqlarını qeyd ediblər.
 
Diqqətə çatdırılıb ki, ölkə başçısı tərəfindən əhalinin müraciətlərinə yüksək həssaslıqla yanaşılması barədə verilən tapşırıq və tövsiyələrə uyğun olaraq, Milli Məclisin sədr müavini Adil Əliyevin ünvanına daxil olan bütün növ müraciətlərə yüksək həssaslıqla yanaşılır, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.








Redaktorun seçimi