Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri ağ bayraq qaldırıb və təslim olub

Hit: 938
Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri ağ bayraq qaldırıb və təslim olub
Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar.
 
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
 
Qeyd olunub ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
 
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.








Redaktorun seçimi