"Əsir düşən əsgərlərimizin həbsi mövcud vəziyyəti bir qədər gərginləşdirir"

Hit: 630
"Əsir düşən əsgərlərimizin həbsi mövcud vəziyyəti bir qədər gərginləşdirir"
“Ermənistan iki hərbçinin Azərbaycana qaytarılmasını müzakirə etməyə hazırdır, lakin bu proses birtərəfli ola bilməz”. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Biz yolunu azmış istənilən azərbaycanlını sadələşdirilmiş qaydada qaytarmağa hazırıq. Amma indi Ermənistanda belə vətəndaşlar yoxdur. Ermənistan iki Azərbaycan əsgərinin ekstradisiyasını müzakirə etməyə hazırdır, lakin bu proses birtərəfli ola bilməz. Və bütün bunlar hüquqi prosedurlar vasitəsilə baş verməlidir. Ermənistan vətəndaşının öldürülməsinə göz yuma bilmərik”, - deyə Paşinyan bildirib.
Görünən odur ki, Paşinyan görmə məhdudiyyətinə görə, yolu itirərək, yanlışlıqla Ermənistan ərazisinə keçmiş iki Azərbaycan hərbçisinə cinayətkar damğası vurmaqla, onları Azərbaycan tərəfindən həbs edilmiş terrorçuları ilə dəyişdirmək istəyir.
 
Hərbi ekspert, Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan əsirlikdə olan iki vətəndaşının, yəni Azərbaycan əsgərinin təhvil alınması ilə bağlı, geri qaytarılması ilə bağlı beynəlxalq təşkilatlarla lazımi, zəruri işlər görür. Yəni bu prosedur qaydaları həyata keçirilir.
 
“Sadəcə olaraq burada məsələnin qanunsuz tərəfi və yaxud da beynəlxalq hüquqa zidd olan tərəfi Ermənistanın bu iki əsgərlə bağlı tez- tələsik cinayət işi qaldırmasıdır. Yəni bu əsgərlər sadəcə olaraq, yolu səhv salaraq, azaraq Ermənistan tərəfə keçiblər. Onlar barəsində əsassız olaraq cinayət işi qaldırılıb. Bu da vəziyyəti bir qədər çətinləşdirir, gərginləşdirir”-deyən ekspertin fikrincə, Paşinyanın bu açıqlaması əslində Azərbaycan tərəfindən nəyinsə göndərilməsi, nəyinsə istənilməsi kimi qəbul edilməlidir. Yəni bu prosesdə Ermənistan müəyyən şərt, müəyyən qarşılıqlı istəklər irəli sürəcək. Ermənistan tərəfinin hansısa istəyi qarşılığında bu prosedur həyata keçiriləcək.
 
“Paşinyanın bu açıqlaması, məsələyə səmimi münasibətdən irəli gəlmir. Hər halda Azərbaycan cəmiyyəti, Azərbaycan mediası bu məsələni gündəmdə saxlamalıdır. İki Azərbaycan əsgərinin hələ də əsirlikdə olması məsələsini gündəmdən düşməməlidir. Bu məsələyə reaksiya verməlidir. Reaksiya verməlidir ki, onlar tez bir zamanda geri qaytarılsınlar”-deyə ekspert əlavə edib.
 
P.S. Hər bir halda Azərbaycan iki gəncinin taleyinə biganə yanaşmamalıdır. Çünki onlar cəmi 6 ayın əsgəridir. Və Ermənistanın iddia etdiyi kimi hərhansı qruplaşmada, cinayətdə iştirakları da məlum deyil.
 
Azərbaycan öz əsgərlərinə sahib çıxmağı bacarmalıdır. Çünki, bu kimi hadisə bütün əsgərlərin başına gələ bilər. Bacarmalıdır, çünki bütün hərbçilər Azərbaycanın sahib çıxdğına şahid olmalıdır və özünü cəbhə bölgəsində sahibsiz, tək hiss etməməlidir. Eyni zamanda əsgər anaları da bilməlidir ki, onların övladları harada olursa, olsun onlara sahib çıxan Azərbaycan var…








Redaktorun seçimi