Ermənistan mina terroru ilə Azərbaycanın apardığı quruculuq işinə mane olmaq istəyir

Hit: 895
Ermənistan mina terroru ilə Azərbaycanın apardığı quruculuq işinə mane olmaq istəyir
Təkcə 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın düşünülmüş şəkildə həyata keçirdiyi plan nəticəsində 301 azərbaycanlı mina terrorunun qurbanı olub, onlardan 57 nəfəri həyatını itirib.
 
Faktor.az xəbər verir ki, bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Tərtərdəki mina hadisəsinə dair keçirilən tədbirində qurumun Müşahidə Şurasının sədri Azay Quliyev deyib.
 
O bildirib ki, Ermənistan 2020-ci ildə imzaladığı üçtərəfli Bəyanatı kobud şəkildə pozur. Həmin Bəyanatın imzalanmasından sonra Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazisində piyada əleyhinə 2700-dən çox mina basdırıb. Bütün dünyada minalarla bağlı xüsusi bir yanaşma var. Cenevrə Konvensiyasının müddəalarına əsasən, piyada əleyhinə minaların nəinki istifadəsi, hətta istehsalı qadağandır.
 
Ermənistanın minalarla bağlı xəritələri Azərbaycana verməməsi məsələsinə də toxunan A.Quliyev deyib: "Ermənistan bilərəkdən təhrif olunmuş formatda mina xəritələrini təqdim edir. Onun məqsədi daha çox azərbaycanlıya zərər vurmaq, postmünaqişə dövründə ölkəmizin həyata keçirdiyi quruculuq işinə mane olmaqdır. Beynəlxalq ictimaiyyət Ermənistanı ciddi şəkildə qınamalıdır".








Redaktorun seçimi