Adil Əliyev seçiciləri üçün hüquqi yardım aksiyası təşkil edəcək

Hit: 494
Adil Əliyev seçiciləri üçün hüquqi yardım aksiyası təşkil edəcək

Milli Məclisin sədr müavini Adil Əliyev seçiciləri üçün hüquqi yardım aksiyası təşkil edəcək.

Faktor.az xəbər verir ki, bu barədə Adil Əliyev öz facebook səhifəsində məlumat verib.

"Milli Məclisə deputat seçildiyim 20 saylı Nərimanov II seçki dairəsində yerləşən deputat ofisimdə 26 aprel 2023-cü il tarixində hüquqi yardım aksiyası təşkil ediləcəkdir. Hüquqi yardımla bağlı silsilə tədbirlərin davamı olaraq, təşkil ediləcək aksiyada Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının dəstəyi ilə peşəkar hüquqi yardım göstəriləcəkdir. Ərazi məhdudiyyəti olmadan şəhid ailələri və qazilər eləcə də, 20 saylı Nərimanov ikinci seçki dairəsinin əhatə etdiyi ərazidə yaşayan seçicilər peşəkar hüquqi yardımla bağlı köməkçilərim Bəhruz Müslümova (055) 217-45-67 və İftixar Həsənova (055) 766-21-35 müraciət edəsiniz", deyə A.Əliyev qeyd edib.









Redaktorun seçimi