Nə qədər çox interkonnektor olarsa, Avropa məkanına qaz ixracatı da bir o qədər genişləndirilə bilər

Hit: 615
Nə qədər çox interkonnektor olarsa, Avropa məkanına qaz ixracatı da bir o qədər genişləndirilə bilər
Avropada yaranmaqda olan interkonnektorlar çox mühüm rol oynayır. Nə qədər çox interkonnektor olarsa, bizim Avropa məkanına qaz ixracatımız bir o qədər də genişləndirilə bilər. Təbii ki, uzunmüddətli kontraktlar imzalanmalıdır.
 
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.
 
Avropada yaşıl keçidə meyillərin yüksək olduğunu qeyd edən Azərbaycan Prezidenti bildirib: “Biz uzunmüddətli kontraktlarda maraqlıyıq və ümid edirəm ki, bu məsələləri bir-birimizlə uzlaşdıra bilərik”.








Redaktorun seçimi