Zəlzələdə həlak olmuş azərbaycanlıların ailələrinə maddi yardım göstərilir - Mehriban xanım Əliyeva tapşırıq verdi

Hit: 413
Zəlzələdə həlak olmuş azərbaycanlıların ailələrinə maddi yardım göstərilir - Mehriban xanım Əliyeva tapşırıq verdi
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan azərbaycanlıların ailələrinə maddi yardım göstərilir.
 
Faktor.az xəbər verir ki,  həlak olmuş soydaşlarımızın ailələrinə dəstək məqsədilə hazırda Heydər Əliyev Fondu tərəfindən 10 min AZN məbləğində maddi yardım verilir.
 
Xatırladaq ki, çoxsaylı insan tələfatına səbəb olmuş faciə nəticəsində Adıyaman, Kahramanmaraş və Malatyada  həlak olanlar arasında azərbaycanlılar da var idi.








Redaktorun seçimi