Azərbaycan Ordusunun Kəlbəcərdəki bölmələrinin döyüş hazırlığı yoxlanılıb

Hit: 414
Azərbaycan Ordusunun Kəlbəcərdəki bölmələrinin döyüş hazırlığı yoxlanılıb
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün Kəlbəcər rayonunda yerləşən bölmələrin döyüş hazırlığının yoxlanılması üçün mediatur təşkil edilib.
 
"Report"un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, jurnalistlər Murovdağ silsiləsinin 3 260 metr hündürlüyündə olan Ömər aşırımından keçərək Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində və rayon ərazisində yerləşən hərbi hissədə olublar.
 
Səfər çərçivəsində KİV nümayəndələri azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrə baş çəkiblər.
Media nümayəndələri döyüş mövqelərində xidmət edən şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə yaxından tanış olublar.
 
Daha sonra komandoların döyüş hazırlığı yoxlanılıb.








Redaktorun seçimi