MDB-nin idman sahəsində kapitalist-məmur modelinin tənəzzülü

Hit: 1421
MDB-nin idman sahəsində kapitalist-məmur modelinin tənəzzülü
SSRİ-nin tənəzzülündən sonra yaranan müstəqil dövlətlər kapitalizmin bütün funksional institutlarının tələblərinə uyğun olaraq bazar iqtisadiyyatı üzərində öz gələcək modellərini qurdular. Hər şey hətta idmanda bazarın tələb və təkliflərinə uyğun formalaşdı. 
 
Bu fikirləri Faktor.az-a açıqlamasında politoloq (Qlobal idman siyasəti üzrə) Pərvin Mehdiyev MDB-də İdman sahəsində kapitalist-məmur modelinin tənəzzülü haqqında danışarkən bildirib.
 
SSRİ dağıldıqdan sonra mövcud olmuş əlaqələrin tam qırılmaması və vahid təşkilati platforma üzrərində birgə fəaliyyətin təmin edilməsi məqsədi ilə  1991-ci ildə MDB (Müstəqil Dövlətlər Birliyi) təşkilatı təsis edildi.  Bu Birliyə üzv dövlətlər bütün Qanunvericilik Toplularını (hətta Bədən tərbiyəsi və idman haqqında Qanun) təşkilatın təqdim etdiyi  Nümunələrə uyğun olaraq, yerli şəraiti nəzərə alınmaqla hazırlayıb qəbul etdilər. İlk dövürlərdə kapitalizmin tələblərinə uyğun mülkiyyət hüquqlarında olan dəyişikliklər əsasında həmin dövlətlərdə yeni dövrün başlanğıcının əsası qoyuldu. Elit sinifin formalaşdırılması bildiyiniz kimi qapalı və ya açıq olması nəzərə alınmaqla ziyalılardan olmalı olduğu halda Rusiyada bu biraz fərqli macərada cərəyan etdi.  Elitar kapitalist-məmurlar ordusu yaranmağa başladı və idman sahəsinə də bu yanaşma öz təsirindən qalmadı.
 
Necə düşünürsüz, Rusiyada başlayan və digər dövlətlərdə nümunə kimi tətbiq edilən bu model idman sahəsində nə kimi fəsadlara yol aça bilərdi ? 
 
Əvvəla onu qeyd edim ki, qlobal idman sistemi özü böyük bir təşkilati şəbəkədir. Burada idman növünün xammalını təmin edən, inkişaf etdirən, inkişafına nəzarət edən, hüquqi təminatını aparan, tibbi bioloji təminatı ilə məşğul olan, industrial təşkilatlanması və cəmiyyətin sosial digər sahələrinə inteqrasiyası təmin olunan onlarla beynəlxalq təşkilatların və onların hər birinin yerli təşkilatını da nəzərə alsaq, dünyada əvəzi olmayan müasir terminlə desək qlobal idman habıdır. Ona görə də bu sahədə fəaliyyət göstərən milli idman federasiya və təşkilatlar ölkələrinin maraqlarını beynəlxalq arenalarda qorumaq üçün müasir trendlərə uyğun innovativ davamlı inkişafı təmin edə biləcək mütəxəssislərlə formalaşmalıdır. Təəssüflər olsun ki, keçid dövründə olan dövlətlər Rusiyanın tətbiq etdiyi modeldən ilhamlanaraq idman sahələrinin cari maliyyə tələblərini həll etmək məqsədi ilə kapitalist-məmurları idman təşkilatlarına rəhbər postlara gətirdilər. Əlbəttə maliyyə axınları hesabına idman federasiyalarının cari porblemlərinin həlli, legionerlərlə heyətlərin gücləndirilməsi ilk baxışdan təsirli görünüş yaratsada bu özlüyündə üfürülmüş şara bənzəyirdi. Zamanı gələndə partlayanda yəni təyin olunmuş kapitalist-məmur pul axınını dayandıranda və ya postdan kənarlaşdırılanda görülmüş bütün işlər sıfırlanırdı. Əfsuslar olsun ki, özündən sonra təyin olunanlarda öncə aparılmış işi davam etdirmək əvəzinə görülən işləri sıfrdan başlamağa üstünlük verirdi. Təyin olunmuş bu insanlar idman sahəsini bilməməsi və adiyyəti beynəlxalq idman təşkilatlarının global çağırışlarına cavab verə biləcək yerli idarəçilik sistemlərini yaratmaması kadr islahatlarında ləngimələrə səbəb olurdu. Amma son zamanlar qeyd edilən ölkələrdə apardığımız müşahidələr onu göstərir ki, milli idman federasiyalarının idarəçiliyi kapitalist-məmur modelindən tədricən uzaqlaşdırılaraq dövlət tərəfindən yaradılan müəyyən maliyyə proqramları, özü-özünü maliyyələşdirmə və sponsorluqla bağlı güzəştlər hesabına kollektiv təşkilati sistemləşmə yolunu tutmaqdadırlar. Bu modelləşmə qərb kapitalist dünyasının milli idman təşkilatlarına tövsiyə etdiyi sistemin bir parçasıdır. Düşünürəm ki, bu müsair beynəlxalq idman çağırışlar sistemində öz layiqli yerlərini tutmaq istəyən dövlətlərdə müsbət təsirini göstərəcəkdir. 
 
Sizin vurğuladığınız kapitalist-məmur modeli qeyd etdiyiniz dövlətin cəmiyyətində nə kimi fəsadlara malik idi ?
 
Bilirsiz ki, məmur ictimai birlik olan idman təşkilatına rəhbər təyin olunanda və ya seçiləndə sirr deyil ki, qarşısında duran vəzifə təşkilatın cari xərclərini təmin etmək, struktura daxil olan şəxslərin təminatını təşkil etməkdir. Yaxşı, sual yaranır o bunu hardan təmin etməlidir ? Bunun bir neçə cavabı var. Ya şəxsi biznesindən, ya görünməyən mənbələrdən, ya da rəhbərlik etdiyi dövlət təşkilatına həmin şəxslərin təyinatını aparmaqla rəsmi maaşlarını təmin edərək. Yaxşı yenə sual yaranır ki, həmin vəzifələr dövlət müəssisələrinin fəaliyyətində vacib yer tutursa onda o vəzifələrin icraatı necə təşkil olunur ? Bu cür davam etsək onlarla sual yaranacaq. Ona görə də onu vurğulamaq istərdim ki, bu sistem zamanında hansısa qarşıya qoyulan məqsədlərə çatılması üçün özünü doğrultmuşdu bəlkə də lakin indiki dövrün tələbləri və çoxqütüblü yeni dünyada hansısa yeni idarəçilik eksperimentlərin aparılması həmin ölkələrdə öz mənfi təsirini göstərəcəkdir göstərirdə. Öncədən də qeyd etdiyim kimi bu model MDB-də öz ölüm fazasını yaşayır. 








Redaktorun seçimi