İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq

Hit: 872
İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitində çıxış edərkən Ermənistanın 12-14 sentyabrda törətdiyi təxribatlardan danışıb, ölkəmizə qarşı qərəzli, ədalətsiz yanaşanlara sərt reaksiya bildirib. O, diqqətə çatdırıb ki, Azərbaycan ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib: “İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”. Bu reallıqlara rəğmən Azərbaycana qarşı qərəzli münasibət göstərən, Ermənistanın “təcavüz” yalanlarına dəstək verənlərə də mesaj verib:  “Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi kağız üzərində qalıb. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı”.

Bu kontekstdə Prezident BMT-yə yerinə düşən xatırlatma edib və qəti mövqeyini bir daha ifadə edib: “Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyi yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir”.
Faktiki olaraq Prezident bu açıqlaması ilə Azərbaycana qarşı qərəzli münasibətlərə, təhdidlərə, hədə-qorxulara rəğmən haqlı mövqeyindən çəkilməcəyini bir daha bəyan etmiş olub. Həmçinin dövlət başçısı qalib Azərbaycanın dünyadakı mühüm roluna və ermənilərin havadarlarının ədalətsiz mövqeyinin hansısa nəticə verməcəyinə işarə edib. Burada bir məqamı diqqətə çatdıraq ki, Azərbaycan həqiqətlərini və regiondakı reallıqları Prezident İlham Əliyev 44 günlük müharibə zamanı böyük tribunalardan bütün dünyaya duyurub. Yəni artıq kiminsə mövcud vəziyyətdən, həqiqətin nədən ibarət olmasından xəbərsiz olmasını iddia etməsi mümkün deyil. Erməni yalanlarına inanmaq, onları dəstəkləmək indi yalnız qərəzin, beynəlxalq hüquqa əhəmiyyət verməməyin göstəricisi kimi qəbul oluna bilər. Əlbəttə, bununla yanaşı, Azərbaycan informasiya mübarizəsində arxayınlaşmamalıdır, adekvat addımlar atmalıdır.
Prezident İlham Əliyevin "haqq yolumuzdan dönməyəcəyik" mesajı informasiya savaşında yeni səhifə açır. Çünki 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun imza atdığı dönməz qələbəsi ilə müharibənin bitdiyini elan etmişik. Müharibənin döyüş meydanında bitməsi heç də ermənilərlə tezliklə sülh şəraitində yaşanacağına yol açacağı demək deyil.

Çünki erməninin xəmiri düşmənçilk qanı ilə yoğrulub. Ermənilərin geninə düşmüş sağalmaz xəstəlik pandemiya kimidir və ona qarşı həmişə hazır olmalıyıq. Vətən savaşından sonrakı iki il ərzində sülhə xidmət edəcək təkliflərimizlə çıxış etməyimizə baxmayaraq, Ermənistan yenə də öz təxribatçı əməllərindən əl çəkmir və  təxribatlar törətməklə beynəlxalq səviyyədə informasiya məkanında özünə tərəfdarlar tapmağa çalışır. Müzəffər ordumuzun yeni bir səhifə yazdığı “Qisas” və “Təxribata cavab” əməliyyatları da erməni təxribatının qarşısının alınmasına xidmət edib. Azərbaycan dünyada sülh və ədaləti dəstəkləyən ölkə kimi tanınıb.  Ona görə də dostlarımızın sayı günü-gündən artmaqdadır. Şanxay Əməkdaşlıq Təşkilatına Prezident İlham Əliyevin dəvət olunması Azərbaycanın nüfuzunun və hörmətinin bariz göstəricisidir.

 

Aidə Məmmədli
GDRTİ Göygöl rayonu üzrə Təhsil sektorunun aparıcı məsləhətçisi


 









Redaktorun seçimi